Dünya · Axar.az

Aleksandr Nevzorov terrorçu elan edildi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Aleksandr Nevzorov terrorçu elan edildi xəbəri üçün şəkil

Rusiyalı jurnalist Aleksandr Nevzorov Rusiyada terrorçular və ekstremistlər siyahısına daxil edilib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Maliyyə Monitorinqi Xidmətinin ("Rosfinmonitorinq") rəsmi saytında məlumat verilib.

Qeyd edək ki, Aleksandr Nevzorov Rusiya Ədliyyə Nazirliyi tərəfindən xarici agentlər reyestrinə daxil edilib. O, həyat yoldaşı Lidiya Nevzorova ilə birlikdə Rusiyada ekstremist birlik kimi tanınıb.

2024-cü ilin iyulunda Sankt-Peterburqun Oktyabr rayon məhkəməsi Aleksandr Nevzorovu və həyat yoldaşı Lidiya Nevzorovanı ekstremist birlik kimi tanıyıb və onların Rusiya ərazisində fəaliyyət göstərməsini qadağan edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑