Dünya · Globalinfo.az

İstanbulda yenidən leysan gözlənilir: Əhaliyə xəbərdarlıq edildi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İstanbulda yenidən leysan gözlənilir: Əhaliyə xəbərdarlıq edildi xəbəri üçün şəkil

Türkiyənin İstanbul şəhərində oktyabrın 16-da səhər saatlarından etibarən güclü yağışların yenidən yağacağı proqnozlaşdırılır.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası Meteorologiya Baş İdarəsinin məlumatlarına istinadən xəbər yayıb.

Proqnoza əsasən, yağıntılar xüsusilə İstanbulun Avropa hissəsində və şimal rayonlarında intensiv olacaq. Oktyabrın 16-sı səhər saatlarından başlayaraq yağışların güclənəcəyi, şənbə günü isə şəhərin bütün ərazisində leysan xarakteri alacağı gözlənilir.

Vətəndaşlara oktyabrın 14-də yağan güclü yağışların yaratdığı fəsadlar xatırladılıb. Onlara mümkün daşqın, su basması, ildırım və torpaq sürüşməsi təhlükələrinə qarşı ehtiyatlı olmaları və qabaqlayıcı tədbirlər görmələri tövsiyə edilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑