Dünya · Modern.az

Rusiyadakı neft emalı zavodlarının vurulmasını dəstəklədi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiyadakı neft emalı zavodlarının vurulmasını dəstəklədi
Rusiyadakı neft emalı zavodlarının vurulmasını dəstəklədi

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Ukraynanın Rusiyadakı neft emalı zavodlarına endirdiyi zərbələri dəstəkləyib.

Modern.az xəbər verir ki, Kallas bu barədə Brüsseldə açıqlama verib.

Onun sözlərinə görə, Ukrayna Rusiyanın neft emalı müəssisələrini hədəfə almaqla müharibənin daha tez başa çatmasına nail olmağa çalışır.

Kallas bildirib ki, Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin maliyyələşdirilməsində neft satışından əldə olunan gəlirlər əsas rol oynayır.

“Rusiyanın müharibəyə sərf etdiyi vəsaitin böyük hissəsi neft gəlirlərindən əldə olunur. Ukrayna isə bu müharibənin başa çatmasını istəyir. Buna görə də müharibənin maliyyə mənbələrinin məhdudlaşdırılması vacibdir”, – deyə o vurğulayıb.

Avropa diplomatiyasının rəhbəri beynəlxalq təzyiqlərin Kiyevə deyil, Moskvaya yönəldilməsinin vacibliyini qeyd edib.

“Bu müharibəni başa çatdırmaq üçün Ukraynanı təslim olmağa məcbur etmək əvəzinə, Rusiyaya təzyiq göstərmək lazımdır”, – deyə Kallas əlavə edib.

O, Avropa İttifaqının bu məsələdə mövqeyini qoruyub saxladığını və Ukraynaya dəstəyini davam etdirəcəyini bildirib.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑