Dünya · Yeni Çağ

Fars körfəzində tanker yandı - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Fars körfəzində tanker yandı - Yeni Çağ xəbəri üçün şəkil

İraqın Əl-Fao liman şəhərindən 63 dəniz mili (təxminən 117 kilometr) cənub-şərqdə, Fars körfəzində bir tanker (yük gəmisi) yanıb.

Yenicag.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzinə (UKMTO) məlumat daxil olub.

“Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi (UKMTO) İraqın Əl-Fao liman şəhərindən 63 dəniz mili cənub-şərqdə, Fars körfəzində bir tankerin yandığı barədə çoxsaylı məlumatlar alıb”, – məlumatda bildirilib.

Qeyd olunub ki, məlumat verilən vaxt ekipajın vəziyyəti, zərərin qiymətləndirilməsi və ətraf mühitə təsiri məlum deyil:

“Səlahiyyətli orqanlar araşdırma apararkən, gəmilərə ehtiyatla hərəkət etmələri və hər hansı şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermələri tövsiyə olunur”.

Xatırladaq ki, İran Silahlı Qüvvələrin Baş Qərargah rəisi Əli Abdullahi Fars körfəzi sahillərinin nəzarətdə saxlanıldığını bildirib.

 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑