İdman · Yeni Çağ

“Fənərbağça” İsmail Kartalla yollarını ayırdı - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Fənərbağça” İsmail Kartalla yollarını ayırdı - Yeni Çağ xəbəri üçün şəkil

“Fənərbağça” futbol klubunun baş məşqçisi İsmail Kartal istefa ərizəsini klub rəhbərliyinə təqdim edib.

Yenicag.az xəbər verir ki, bu barədə “Haber Global” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, klubun İdarə Heyəti baş məşqçinin istefasını qəbul edib. “Fənərbağça”nın prezidenti Aziz Yıldırım İdarə Heyətinin iclasından sonra klubun təlim-məşq bazasına gedərək İsmail Kartalla yolların ayrılması qərarını təsdiqləyib.

Komandanın yeni baş məşqçisinin Vinçentso Montellanın olacağı gözlənilir.

Xatırladaq ki, təcrübəli mütəxəssis UEFA Çempionlar Liqasında “Fənərbağça” ilə “Roma” arasında keçirilən və 1:1 hesabı ilə başa çatan oyundan sonra da istefa vermişdi. Həmin vaxt Aziz Yıldırım istefanı qəbul etməmişdi./Oxu/

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑