Dünya · Yeni Çağ

Britaniya müdafiə xərclərini artırmağa hazırlaşır - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Britaniya müdafiə xərclərini artırmağa hazırlaşır - Yeni Çağ xəbəri üçün şəkil

Böyük Britaniya hökuməti ölkənin ümumi daxili məhsulunda (ÜDM) hərbi xərclərin payını artıraraq müdafiə ehtiyaclarına əlavə milyardlarla funt sterlinq ayırmaq niyyətindədir.

Yenicag.az “The Sunday Times” qəzetinə istinadən xəbər verir ki, Böyük Britaniyanın maliyyə naziri Con Hilinin oktyabrın 28-də 2027-ci ilin büdcə layihəsinin təqdimatı zamanı müvafiq bəyanatla çıxış edəcəyi gözlənilir.

Nəşrin məlumatına görə, əlavə maliyyələşmənin əsas alıcıları pilotsuz uçuş aparatlarının istehsalçıları və hərbi texnologiyaların işlənib hazırlanması ilə məşğul olan şirkətlər olacaq.

Ehtimal edilir ki, yeni xərclər digər istiqamətlər üzrə maliyyələşmənin ixtisarı hesabına deyil, uzunmüddətli dövlət borclanmaları hesabına qarşılanacaq.

Qəzet qeyd edib ki, bu qərar Böyük Britaniyanın ÜDM-də müdafiə xərclərinin payının artmasına gətirib çıxaracaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑