Dünya · Azxeber.com

Türkiyəli jurnalist: Oqtay Saral vəzifədən ayrıldığını təsdiqləyib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Türkiyəli jurnalist: Oqtay Saral vəzifədən ayrıldığını təsdiqləyib xəbəri üçün şəkil
Oqtay Saral vəzifədən ayrıldığını təsdiqləyib.
Türkiyəli jurnalist Talat Atilla Türkiyə Prezidentinin baş müşaviri Oqtay Saralın vəzifədən ayrıldığını təsdiqlədiyini X hesabında yazıb.
Jurnalistin sözlərinə görə, o, Sarala zəng edərək vəzifədən azad edilib-edilmədiyini soruşub.
Saral cavabında "Bəli” deyərək, bu qərarın Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə verildiyini bildirib.
"Biz vəzifələrlə var olan insanlar deyilik. Cənab Prezident məni bu vəzifəyə gətirmişdi, onun göstərişi ilə ayrıldım. Heç kimdən incikliyim yoxdur”, – deyə Saral bildirib.
Atillanın Azərbaycanla bağlı açıqlamalarının onun vəzifədən ayrılmasına səbəb olub-olmadığı barədə sualına isə Saral "Bəli, elə görünür” cavabını verib.   ///apa.az///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑