Dünya · Bizim.Media

Putinlə Tramp bu ölkədə GÖRÜŞƏCƏK

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Putinlə Tramp bu ölkədə GÖRÜŞƏCƏK xəbəri üçün şəkil

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında yeni ikitərəfli görüş Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində baş tuta bilər.

Bizim.Media RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
 

Onun sözlərinə görə, hazırda belə bir görüşün keçirilməsi məsələsi müzakirə olunur. Peskov Putinlə Trampla yanaşı, onların Çin Prezidenti Si Cinpinlə üçtərəfli görüşünün də baş tutacağına ümid etdiyini bildirib. Bununla belə, o, hələlik yekun razılaşmanın olmadığını vurğulayıb.


Daha əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Çin tərəfinin Rusiya, Çin və ABŞ liderlərinin mümkün görüşünə hazırlaşdığını bildirmişdi.

APEC sammitinin noyabrın 18-19-da Şençjendə keçirilməsi planlaşdırılır.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑