Dünya · Globalinfo.az

Tramp Baydeni ittiham etdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp Baydeni ittiham etdi xəbəri üçün şəkil

ABŞ Prezidenti Donald Tramp sələfi Co Baydenin Ukraynaya həddindən artıq hərbi yardım göstərdiyini bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb. Tramp öz hakimiyyət illərində ABŞ silahlı qüvvələrini bərpa etdiyini xatırladaraq, Bayden administrasiyasının siyasətini tənqid edib:

“Mən ilk müddətimdə silahlı qüvvələri yenidən qurdum. Bayden Ukraynaya çox şey verdi. O, Avropaya silah sata bilərdi. Mən də elə etdim. Mən Avropaya silah satıram, onlar bizə tam qiymət ödəyirlər və istədiklərini edirlər”.

ABŞ lideri əlavə edib ki, Avropa ölkələri Vaşinqtdən silah satın alaraq Ukraynaya özləri yardım edə bilərlər, çünki bu, birbaşa onların maraq dairəsinə və vəzifəsinə daxildir.

Eyni zamanda, Donald Tramp ABŞ-ın daxili ehtiyatlarına toxunaraq bildirib ki, ölkəsi son dövrlərdə öz arsenalını bərpa etmək üçün istehsal olunan sursatlardan istifadə edir. 

Tahir Turan
Globalinfo.az

 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑