Dünya · Xəzər Xəbər

Moskvada Rusiya-Türkiyə məsləhətləşmələri keçirilib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Moskvada Rusiya-Türkiyə məsləhətləşmələri keçirilib xəbəri üçün şəkil

Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankinlə türkiyəli həmkarı Berris Ekinci arasında görüş keçirilib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məsləhətləşmələr zamanı çoxtərəfli iqtisadi diplomatiyada geniş spektrli aktual məsələlər, o cümlədən G20, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) və Ümumdünya Ticarət Təşkilatı (ÜTT) çərçivəsində əməkdaşlıq müzakirə edilib.

30-31 oktyabr tarixlərində Atlantada keçiriləcək Nazirlər Şurasının iclasına və 14-15 dekabr tarixlərində Mayami sammitinə hazırlıq kontekstində G20 daxilində koordinasiya müzakirə edilib.
Vurğulanıb ki, G20 qlobal çağırışlar üzrə böyük dövlətlər arasında bərabər dialoq üçün aparıcı platforma olaraq qalmalıdır, iqtisadi mandata uyğun və konsensusa əsaslanmalıdır.

Tərəflər təsdiqləyiblər ki, G20 üzvlüyündəki dəyişikliklərlə bağlı hər hansı qərarlar yalnız konsensus yolu ilə, Qlobal Cənub və Şərq ölkələrinin səsinin gücləndirilməsi məqsədi nəzərə alınmaqla qəbul edilməlidir.

Qara dəniz bölgəsinin müstəqil kimliyinin gücləndirilməsinin və qarşıdurma təşəbbüslərinə və Avropa İttifaqımın birtərəfli neokolonialist yanaşmalarına qarşı çıxmağın vacibliyi vurğulanıb.

Nazir müavinləri regionda yeganə universal sosial-iqtisadi platforma olan QDİƏT daxilində onun mütərəqqi iqtisadi inkişafı naminə dialoq və praktiki əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.

Nazir müavinləri çoxtərəfli iqtisadi forumlarda sıx əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑