Dünya · Xəzər Xəbər

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir xəbəri üçün şəkil

ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynaya silah tədarükü və kəşfiyyat məlumatlarının ötürülməsi proqramlarını dayandırmaqla hədələyib.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti adı açıqlanmayan avropalı rəsmilərə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ rəsmiləri oktyabrın 10-11-də Kiyev və Avropa paytaxtları ilə əlaqə saxlayaraq, Avropa vəsaitləri hesabına ABŞ-dən Ukrayna üçün silah alınmasını nəzərdə tutan PURL proqramının, eləcə də kəşfiyyat məlumatlarının paylaşılmasının dayandırıla biləcəyini bildiriblər.

Qəzetin yazdığına görə, Ağ Ev məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Qeyd edək ki, oktyabrın 11-də Donald Tramp Rusiya və Ukraynanın enerji obyektlərinə hücumların qarşılıqlı dayandırılması barədə razılığa gəldiyini bildirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑