Dünya · Trend.az

Zelenski Putinə Türkiyədə görüş keçirməyi təklif edib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Zelenski Putinə Türkiyədə görüş keçirməyi təklif edib xəbəri üçün şəkil

Bakı. Trend:

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə Türkiyədə görüşməyə hazır olduğunu bəyan edib.

O, bu barədə CNN Türk telekanalına verdiyi müsahibədə danışıb.

Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Putinlə görüşün təşkilində vasitəçilik edəcəyinə və bu prosesə dəstək göstərəcəyinə ümidvar olduğunu bildirib.

Ukrayna lideri qeyd edib ki, nümayəndə heyətləri və texniki qruplar bütün məsələlər üzrə razılığa gələ bilmədiyindən, bəzi problemlərin həlli üçün dövlət başçılarının birbaşa müzakirəsi zəruridir.

“Bu səbəbdən onunla qərar qəbul edən şəxs kimi üz-üzə görüşmək istəyirəm”, – deyə Zelenski vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Zelenskinin danışıqlar aparmaq üçün Moskvaya gələ biləcəyini açıqlamışdı.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑