Bakı.Trend:
Ukrayna Prezidenti Volodimir Zelenski Niderlanda səfər edib.
Bu barədə o, rəsmi "Telegram" kanalında bildirib.
“Komandamızla birlikdə Baş nazir Rob Yettenlə görüşmək üçün Niderlanda gəldik. Tərəfdaşlığımızı gücləndirir və Ukraynanın daha yaxşı müdafiəsi üçün çalışırıq", - deyə o yazıb.
Ukrayna liderinin sözlərinə görə, görüşdə müdafiə və iqtisadi əməkdaşlıq, Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsini və Ukraynaya dəstək məqsədilə atılacaq yeni addımlar müzakirə olunacaq.
Bundan əlavə, Prezident Ukrayna və Niderland biznes dairələrinin nümayəndələri ilə görüşəcək, həmçinin Niderland Kralı Villem-Aleksandr tərəfindən qəbul ediləcək.





