Cəmiyyət · Trend.az

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Qımılqışlaq kəndində növbəti səyyar qəbul keçirib (FOTO)

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Qımılqışlaq kəndində növbəti səyyar qəbul keçirib (FOTO) xəbəri üçün şəkil

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev rayon prokuroru Rəşad Məmmədovun, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Qımılqışlaq kəndində növbəti səyyar qəbul keçirib.

Qəbulda Qımılqışlaq İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin ərazisinə daxil olan Qımılqışlaq, Mollabürhanlı, Çuxuroba, Maşıoba, Mirzəmmədqışlaq, Qadaşoba, Ağarəhimoba, Şıxlar və Hacıisaoba kəndlərinin sakinləri iştirak ediblər.

Görüş Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Vətəndaşlar əvvəlki səyyar qəbullarda qaldırılan məsələlərin həlli istiqamətində görülən işlərə görə təşəkkürlərini bildirib, müxtəlif sahələri əhatə edən bir sıra müraciət və təkliflərini səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin müraciətlərini diqqətlə dinləyib, qaldırılan problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verib. Bir çox müraciət yerindəcə öz həllini tapıb.

Sakinlər göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑