İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - FOTO
Hazırda oxuyur: —
Ümumi baxış: 0
Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.

Oktyabrın 8-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Türkmənistanın Avaza turizm zonasında keçirilən MDB Ölkələrinin Milli Kulinariya Festivalında iştirak edib.
"Bakupost" xəbər verir ki, festivalda İlham Əliyevlə yanaşı, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev, Tacikistan Prezidenti İmaməli Rəhman, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Özbəkistan Prezidenti Şövkat Mirziyayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Belarus Prezidenti Aleksandr Lukaşenko və Ermənistan Baş naziri Nikol Paşinyan da iştirak edib.
Dövlət və hökumət başçıları MDB ölkələri xalqlarının milli mətbəxi, adət-ənənələri və mədəni irsi haqqında məlumat əldə ediblər.
Festival zamanı iştirakçılara Azərbaycan, Qırğızıstan, Ermənistan, Belarus, Rusiya, Qazaxıstan, Tacikistan, Özbəkistan və Türkmənistandan milli yeməklər, ənənəvi geyimlər və musiqi əsərləri təqdim edilib.
BİRLİKDƏ PAYLAŞAQ
Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.


