2026-cı ilin ilk 9 ayı ərzində 1958 nəfər ad, soyad və ya ata adını dəyişdirib.
Sfera.az xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, onlardan 653 nəfər yalnız adını, 1087 nəfər yalnız soyadını, 7 nəfər yalnız ata adını, 10 nəfər isə hər üçünü dəyişdirib:
“Digərləri isə ad və soyadını, ad və ata adını, yaxud soyad və ata adını birlikdə dəyişdirib. Ad, soyad və ya ata adını dəyişənlərin 483 nəfəri kişi, 1475 nəfəri isə qadındır”.
Bildirilib ki, vətəndaşlar adlarını, soyadlarını və ata adlarını daha çox pis səslənməsi, yaxud şəxsi istəkləri, eləcə də ər-arvadın ümumi soyadı daşımaq arzusu, ərizə verəni
tərbiyələndirən şəxsin soyadını qəbul etmək və ya övladlığa götürmənin rəsmiləşdirilməsi mümkün olmadıqda atalığın adı ilə ata adı daşımaq arzusu və digər səbəblərdən dəyişdirirlər.






