Cəmiyyət · Təzadlar

Naxçıvanın mədəniyyət nazirinə yeni müavin təyin edilib - Təzadlar - Təzadlar

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Naxçıvanın mədəniyyət nazirinə yeni müavin təyin edilib - Təzadlar - Təzadlar xəbəri üçün şəkil

Naxçıvan Muxtar Respublikası (MR) mədəniyyət nazirinə yeni müavin təyin edilib. Bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev sərəncam imzalayıb.

Oktyabrın 6-da C.Musayev F.Məmmədovu kollektivə təqdim edib.

Tezadlar.az Fazil Məmmədovun dosyesini təqdim edir:

Fazil Məmmədov 25 sentyabr 1970-ci ildə anadan olub. O, mühəndis-texnoloq və inzibati idarəetmə ixtisasları üzrə ali təhsil alıb.

1994-2025-ci illərdə müxtəlif özəl şirkətlərdə, “Azərkimya” Dövlət Şirkətində, həmçinin Azərbaycan Respublikasının Gənclər və İdman, İqtisadiyyat və Energetika nazirliklərində müxtəlif vəzifələrdə çalışıb.

F.Məmmədov son təyinatadək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini vəzifəsində fəaliyyət göstərib.

O, dövlət qulluğunun baş müşaviri ixtisas dərəcəsinə malikdir.

Fazil Məmmədov ailəlidir, iki övladı var.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑