Dünya · Trend.az

Təyyarə qəzasında ölən milyonçu və ailə üzvləri imiş - FOTO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Təyyarə qəzasında ölən milyonçu və ailə üzvləri imiş - FOTO xəbəri üçün şəkil

Bakı.Trend:

ABŞ-nin Florida ştatında noyabrın 1-də baş verən təyyarə qəzası nəticəsində İT şirkətlərinin ("Retention.com", "RB2B" , "MoltSets" və s.) təsisçisi və sahibi , 44 yaşlı multimilyonçu Adam Robinson, həyat yoldaşı Helen və iki azyaşlı övladı həlak olub.

“Mirror” nəşrinin məlumatına görə, yaşayış məntəqəsinə düşərək partlayan biznes təyyarəsinin göyərtəsində olan doqquz nəfərin hamısı həyatını itirib.

Faciədən təxminən altı ay əvvəl Adam Robinson şəxsi bloqunda hazırda diqqət çəkən bir paylaşım edib: “Uçmağı öyrənmək üçün təyyarəni qəzaya uğratmaq lazım deyil... Biznes qurmaq üçün də vençur kapitalına ehtiyac yoxdur”.

Robinson ailəsinin yaxınları onun və ailə üzvlərinin itkisi ilə bağlı başsağlığı verənlərə təşəkkür edərək, Adam və Helenin fədakar valideynlər olduğunu, övladlarının isə onların həyatının mənası olduğunu bildiriblər.

Təyyarə qəzasının dəqiq səbəbi hələ müəyyən edilməyib. Hadisə ilə bağlı araşdırma aparılır və əlverişsiz hava şəraitinin qəzanın səbəblərindən biri ola biləcəyi istisna edilmir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑