Dünya · Modern.az

ABŞ-də təyyarə evlərə çırpıldı, ölənlər var

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ-də təyyarə evlərə çırpıldı, ölənlər var
ABŞ-də təyyarə evlərə çırpıldı, ölənlər var

ABŞ-ın Florida ştatının Qrinakres şəhərində “Learjet 60” tipli özəl təyyarə qəzaya uğrayaraq səyyar evlərin yerləşdiyi yaşayış kompleksinin ərazisinə düşüb.

Modern.az xəbər verir ki, qəza noyabrın 1-də, yerli vaxtla saat 13:00 radələrində Palm-Biç dairəsində baş verib.

Təyyarənin yaşayış evlərindən birinə çırpılması nəticəsində güclü yanğın başlayıb.

Palm-Biç dairəsinin yanğınsöndürmə və xilasetmə xidməti hadisə nəticəsində bir neçə nəfərin öldüyünü bildirib.

Təyyarədə neçə nəfərin olduğu, eləcə də yaşayış kompleksindəki insanların arasında ölən və yaralananların olub-olmadığı hələlik məlum deyil.

Hadisənin səbəbləri araşdırılır.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑