Bakı. Trend:
Səudiyyə Ərəbistanının dövlət neft şirkəti “Saudi Aramco” Dahran şəhərində yerləşən baş qərargahının əməkdaşlarını təxliyə etmək və onları distant iş rejiminə keçirmək barədə qərar qəbul edib.
Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, bu, İranla münaqişənin başlanmasından sonra şirkətin baş qərargahından ilk təxliyədir.
Qərarın oktyabrın əvvəlində husilərin baş qərargaha hücumundan, eləcə də Dammam hava limanı və “Şayba” neft yatağı yaxınlığında baş verən son hücumlardan sonra verildiyi bildirilir.
Məlumata əsasən, qeyd olunan insidentlər nəticəsində ümumilikdə dörd nəfər həlak olub.
Hadisələrlə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.





