İdman · Trend.az

"Qəbələ" – "Qarabağ" və “Araz-Naxçıvan” - “Zirə” oyunlarında qalib müəyyənləşməyib - Premyer Liqa

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
"Qəbələ" – "Qarabağ" və “Araz-Naxçıvan” - “Zirə” oyunlarında qalib müəyyənləşməyib - Premyer Liqa xəbəri üçün şəkil

Bakı. Trend:

Azərbaycan Premyer Liqasının X turunda iki qarşılaşma keçirilib.

"Qəbələ" doğma meydanda "Qarabağ"ı qəbul edib.

Qəbələ şəhər stadionunda baş tutan görüş 0:0 hesablı heç-heçə ilə başa çatıb.

Bu nəticədən sonra "Qarabağ" 19 xalla ikinci pillədə qərarlaşıb. 8 xalı olan "Qəbələ" isə 10-cudur.

Günün ilk matçında "Araz-Naxçıvan" Şamaxı şəhər stadionunda "Zirə"ni qəbul edib.

Görüş 2:2 hesabı ilə başa çatıb. “Araz-Naxçıvan”ın heyətində Patrik Andrade (22-ci dəqiqə) və Ağadadaş Salyanski (62-ci dəqiqə), qonaqların heyətində isə Eren Aydın (69-cu dəqiqə) və Mehdi Mişahşah (87-ci dəqiqə) fərqləniblər.

Aktivində 16 xalı olan "Zirə" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. "Araz-Naxçıvan" isə 3 xalla sonuncu – 12-ci yerdədir.

Qeyd edək ki, turun ötən gün keçirilən oyununda “Turan Tovuz” öz meydanında “Sabah”ı 3:2 hesabı ilə məğlub edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑