Bakı. Trend:
“Milan” futbol klubu xorvatiyalı yarımmüdafiəçi Luka Modriçin mövsümün sonunda karyerasını başa vurması ehtimalını nəzərə alaraq onun mümkün əvəzləyicilərini axtarmağa başlayıb.
İtaliya təmsilçisinin diqqət mərkəzində İngiltərə Premyer Liqasında çıxış edən iki futbolçu var.
Bunlar “Bornmut”un yarımmüdafiəçisi Aleks Skott və “Brayton”un isveçli futbolçusu Yasin Ayaridir.
“Milan” xüsusilə Ayarinin transferində maraqlıdır. Onun 2027-ci ilin yayında azad agent statusu alacağı gözlənilir. Bu isə İtaliya klubuna futbolçunu transfer haqqı ödəmədən heyətinə qatmaq imkanı yarada bilər.
Klub rəhbərliyi Modriçin mümkün ayrılığından sonra yarımmüdafiənin mərkəzində problem yaşamamaq üçün indidən hazırlıq görmək istəyir.
Qeyd edək ki, 41 yaşlı Modriçin cari mövsümün sonunda peşəkar futbolçu karyerasını başa vuracağı ehtimal olunur. “Milan” hazırda İtaliya çempionatının turnir cədvəlində beşinci pillədə qərarlaşıb.


