İlkay Gündoğan qarşıdakı "Barselona" ilə Çempionlar Liqası oyununa hazır olub-olmaması barədə sualı cavablandırıb.
Offsideplus.az xəbər verir ki, Almaniyalı yarımmüdafiəçi "Qalatasaray"ın heyətində bu mövsüm cəmi iki dəfə əvəzetmədən meydana çıxıb və hər iki halda 84-cü dəqiqədə oyuna qoşulub. O, Superliqanı 7-ci turunda "Qalatasaray"ın "Kasımpaşa" üzərində 3:1 hesablı qələbəsində də ehtiyat oyunçular skamyasında əyləşib.
Matçdan sonra Gündoğana "Barselona" ilə qarşılaşmaya hazır olub-olmaması barədə sual verilib. O isə belə cavab verib: "Mən oynamıram, necə hazır ola bilərəm?"




