Dünya · Trend.az

Mask saxtakarlıqda ittiham olunur

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Mask saxtakarlıqda ittiham olunur xəbəri üçün şəkil

Bakı.Trend:

Amerikalı milyarder İlon Maskın uçan "Tesla Roadster" avtomobilinin təqdimatının saxta şou olması ilə bağlı iddialar yayılıb.

Bu barədə "Futurism" nəşrində məlumat yayılıb.

Oktyabrın ortalarında “Tesla” yerdən havaya qalxa bilən yeni elektrik mühərrikli “Roadster” modelini təqdim edib. Təqdimat zamanı idman avtomobili şaquli şəkildə havaya qalxıb, çevriliş edib və təkərləri üzərində yerə enib.

Açıqlanan texniki xüsusiyyətlərə görə, “Rocket” versiyası 600 litr sıxılmış hava tutumuna malik çənlər, on istiqamətləndirici ucluq və avtomobilin alt hissəsində yerləşən güclü ventilyatorla təchiz olunub. Məlumata görə, bu avadanlıqların yerləşdirilməsi üçün salonun sərnişin oturacaqlarını çıxarmaq lazım gəlib.

Təqdimatdan sonra müşahidəçilər ehtimal ediblər ki, çəkini azaltmaq və yerə qənaət etmək məqsədilə “Tesla” mühəndisləri tam ölçülü akkumulyatordan da imtina etmiş ola bilərdilər. Belə olan haldaisə avtomobil adi yollarda istifadəyə yararsız hala gəlir.

İddiaya görə, avtomobilin havada olarkən alt hissəsinin göründüyü bəzi kadrlarda ventilyatorun olmadığı diqqət çəkir. Bu, müxtəlif tryukların fərqli avadanlıqlarla təchiz edilmiş avtomobillərlə yerinə yetirildiyi barədə şübhələrə səbəb olub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑