Bakı. Trend:
Böyük Britaniyadan olan cütlük Mərakeşin cənubunda yerləşən Aqadir şəhərindəki lüks otellərdən birində qaz zəhərlənməsi nəticəsində həyatını itirib.
İki turistin meyiti otel otağında aşkarlanıb.
Eyni oteldə qalan iki Fransa vətəndaşı isə ağır zəhərlənmə nəticəsində xəsarət alıb və tibbi yardım göstərilməsi üçün yerli xəstəxanaya yerləşdiriliblər.
İlkin ehtimallara görə, britaniyalı turistlərin ölümü və Fransa vətəndaşlarının zəhərlənməsi onların qaldıqları otaqlarda qaz sızması ilə əlaqəli ola bilər.
Avropalı turistlərin ölümü və zəhərlənməsinin səbəbləri ilə bağlı versiyalar davam edən istintaq və məhkəmə-tibbi ekspertizası çərçivəsində araşdırılır.
Mərhumların meyitlərinin yarılması və xəsarət alan turistlərin müayinəsinin nəticələri faciəyə səbəb olan qazın növünü və onun mümkün mənbəyini müəyyən etməyə kömək edəcək.
Aqadirin müvafiq qurumları prokurorluğun nəzarəti altında hadisənin bütün hallarını araşdırmaqda davam edirlər.



