İdman · Trend.az

"Koventri Siti" "Nyukasl" üzərində inamlı qələbə qazanıb - İngiltərə Premyer Liqası

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
"Koventri Siti" "Nyukasl" üzərində inamlı qələbə qazanıb - İngiltərə Premyer Liqası xəbəri üçün şəkil

Bakı. Trend:

İngiltərə Premyer Liqası 2026/2027 mövsümünün 6-cı turuna "Koventri Siti"-"Nyukasl" matçıyla yekun vurulub.

"Koventri Bildinq Arena" stadionunda keçirilən qarşılaşmanı Lesterdən olan baş hakim Con Bruks idarə edib.

Oyun meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. 6-cı dəqiqədə 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən "Koventri"nin yarımmüdafiəçisi Cek Rudoni oyunda hesabı açıb. 48-ci dəqiqədə Sidiki Şerif ikinci topu qonaqların qapısından keçirib. 70-ci dəqiqədə "sağsanlar"ın müdafiəçisi Sven Botman hesab arasındakı fərqi azaldıb. Lakin Frenk Lempardın yetirmələri 81-ci dəqidədə Ellis Sims və 86-cı dəqiqədə Stiven Mfuninin qolları sayəsində böyükhesablı qələbə qazanıblar. Bu, "Koventri Siti"nin mövsümdəki ikinci qələbəsidir.

Beləliklə, 6 turdan sonra "Nyukasl" turnir cədvəlində 8 xalla 11-ci, "Koventri Siti" isə 6 xalla 14-cü yerdədir. Lider isə 18 xalla maksimum nəticə göstərən "Mançester Siti"dir.

Növbəti turda oktyabrın 17-də "Nyukasl" "Aston Villa"nı qəbul edəcək, "Koventi Siti" isə oktyabrın 19-da Londonda "Tottenhem"in qonağı olacaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑