Bakı. Trend:
Keti Zakariya Ağ Evin mətbuat katibi vəzifəsini cəmi bir həftə çalışdıqdan sonra tərk edəcək.
Bu barədə ABŞ mediası mənbələrə istinadən məlumat verib.
"The New York Times" qəzeti onun vəzifəsindən azad edildiyini iddia edir. Nəşrdə deyilir: “Vəziyyətlə tanış olan üç nəfərin sözlərinə görə, Prezident Donald Trampın yeni mətbuat katibi Keti Zakariya cümə günü vəzifəsindən azad edilib”.
"Fox News" telekanalı da Zakariyanın vəzifəsini tərk etdiyini bildirir, lakin onun məhz işdən çıxarıldığını qeyd etmir. Telekanalın məlumatına görə, o, mətbuat katibi vəzifəsini “tədricən tərk edir”.






