Dünya · Azxeber.com

Zelenski Qərbi xəbərdar etdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Zelenski Qərbi xəbərdar etdi xəbəri üçün şəkil
Rusiyanın Ukraynaya qarşı müharibədə qələbə qazanması 20 milyona qədər ukraynalının Avropa İttifaqı (Aİ) ölkələrinə köçməsinə gətirib çıxara bilər.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Brüsseldəki mətbuat konfransında bildirib.
"Biz məğlub olsaq nə olacaq? Bilmirəm, 20 milyon ukraynalı Avropaya gələcək", - o deyib.
Prezidentin sözlərinə görə, Rusiyanın qələbəsi Ukrayna dövlətinin mövcudluğunun özünü təhlükə altına qoyacaq, çünki söhbət təkcə Donbas və digər ərazilərə nəzarətdən getmir. Zelenski bildirib ki, Moskva Ukraynanın şərq əraziləri ilə məhdudlaşmaq niyyətində deyil və əgər qarşısı alınmazsa, öz məqsədlərinə nail olmağa davam edəcək.
Ukrayna Prezidenti həmçinin xəbərdarlıq edib ki, Moskva Avropa ölkələrinin hava məkanının pozulmasına və pilotsuz uçuş aparatlarının hücumlarına reaksiya vermək hazırlığını yoxlayır və tərəfdaşlarını onun ölkəsinə dəstəyi davam etdirməyə çağırıb.   ///report///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑