Dünya · Trend.az

İstanbulda daşqınlarda ölənlərin sayı artıb, itkin düşən var

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İstanbulda daşqınlarda ölənlərin sayı artıb, itkin düşən var xəbəri üçün şəkil

Bakı.Trend:

Türkiyənin İstanbul şəhərind leysan yağışlar və onların yaratdığı fəsadlar nəticəsində ölənlərin sayı 6-ya çatıb.

Bu barədə İstanbul valiliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, oktyabrın 19-da İstanbulun Avropa hissəsində, Ayvansaray körpüsü yaxınlığında yerli sakinin meyiti aşkarlanıb. Bildirilib ki, itkin düşmüş hesab edilən daha bir nəfərin axtarışları davam etdirilir.

Oktyabrın 14-də İstanbulda güclü yağışlar yağıb. Yağışlar şəhərin bir neçə rayonunda daşqın və torpaq sürüşmələrinə səbəb olub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑