Dünya · Trend.az

İranın Astara sərhəd-keçid məntəqəsi ilə ticarət dövriyyəsi 395 milyon dollar təşkil edib – Vali (Özəl)

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İranın Astara sərhəd-keçid məntəqəsi ilə ticarət dövriyyəsi 395 milyon dollar təşkil edib – Vali (Özəl) xəbəri üçün şəkil

Bakı. Trend:

2026-cı il martın 21-dən sentyabrın 22-dək İranın Gilan vilayətində yerləşən Astara sərhəd-keçid məntəqəsi vasitəsilə ümumilikdə 395 milyon dollar dəyərində 643 min ton məhsulun ticarət dövriyyəsi qeydə alınıb.

Bunu Trend-ə açıqlamasında İranın Gilan vilayətinin valisi Hadi Haqşenas deyib.

“6 ayda Astara sərhəd-keçid məntəqəsi ilə 270 milyon dollar dəyərində məhsul ixrac edilib”, - deyə o qeyd edib.

Gilan valisi əlavə edib ki, sözügedən müddətdə Astara sərhəd-keçid məntəqəsi vasitəsi ilə ölkəyə 125 milyon dollar dəyərində məhsul idxal olunub.

Haqşenas bildirib ki, Astara sərhəd-keçid məntəqəsi ilə ümumilikdə 1,1 milyon ton yük daşınıb.

Haqşenas qeyd edib ki, 6 ayda Astara sərhəd-keçid məntəqəsi İranda ixrac baxımından 4-cü yeri, idxal baxımından 3-cü yeri və yük tranziti baxımından 5-ci yeri tutub.

Onun sözlərinə görə, sözügedən müddətdə Astara sərhəd-keçid məntəqəsi ilə 70 min minik avtomobili tranzit olunub.

Qeyd edək ki, İranın Astara sərhəd-keçid məntəqəsi Azərbaycanla sərhəddə yerləşir. Bu sərhəd keçid məntəqəsində həm avtomobil yolu, həm də dəmiryolu fəaliyyət göstərir. Sözügedən dəmiryolu Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsi hesab olunur. Lakin Rəşt-Astara dəmiryolu tikilmədiyinə görə, Astara şəhərindən yüklər Rəşt şəhəriə qədər yük maşınları ilə daşınır. İran Rəşt-Astara dəmiryolunu istifadəyə verməklə bu istiqamətdə dəmiryolu ilə yükdaşımaların artırılmasına maraq göstərir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑