Dünya · Trend.az

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ olub

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ olub xəbəri üçün şəkil

Bakı. Trend:

İndoneziyanın şimalında, Sulavesi adasındakı Minahasa yarımadası yaxınlığında 5,8 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri təxminən 144 min nəfərin yaşadığı Qorontalo şəhərindən 154 kilometr qərbdə, ocağı isə 184 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑