Dünya · Trend.az

İmkan olsaydı, yenidən prezident seçkilərində iştirak edərdim - Tramp

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İmkan olsaydı, yenidən prezident seçkilərində iştirak edərdim - Tramp xəbəri üçün şəkil

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp qanunvericilik buna imkan versəydi, prezident postuna daha bir müddət namizəd olmaq niyyətində olduğunu bildirib.

Bu barədə o, “New York Post” qəzetinə müsahibəsində danışıb.

Amerika lideri ABŞ Konstitusiyasına edilmiş 22-ci düzəlişin bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə məhdudiyyət qoyduğunu xatırladıb.

Tramp hazırkı prezidentlik müddətinin başa çatmasına hələ iki il qaldığını vurğulayaraq, bu müddət ərzində qarşıda görüləsi çox işin olduğunu qeyd edib.

Xatırladaq ki, Donald Tramp 2024-cü ilin noyabrında keçirilən prezident seçkilərində qalib gələrək ikinci dəfə ABŞ prezidenti seçilib. Onun hazırkı səlahiyyət müddəti 2029-cu ilin yanvarında başa çatacaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑