Dünya · Anews.az

Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm xəbəri üçün şəkil

ABŞ Prezidenti Donald Tramp gələn həftə keçiriləcək aralıq seçkilərdə demokratların Konqresin palatalarından hər hansı birində çoxluq əldə edəcəyi təqdirdə “cənab veto”ya çevriləcəyini bildirib.O, bu barədə "New York Post" qəzetinin "Pod Force One" podkastına müsahibəsində danışıb.

"Əgər belə olarsa, düşünürəm ki, mən “cənab veto” olacağam. Onların möhkəmlənməsinə imkan verməyəcəyəm, daha sonra isə yəqin ki, razılaşmalar əldə edəcəyik", – deyə o, müvafiq suala cavabında bildirib.

ABŞ lideri demokratların təşəbbüsü ilə qəbul ediləcək qanun layihələrinə veto qoymaq, daha sonra isə onlarla razılığa gəlmək niyyətində olduğunu vurğulayıb.

Bununla belə, Tramp belə bir ssenarinin reallaşmayacağına ümid etdiyini bildirib.

ABŞ-də Konqresə aralıq seçkilər noyabrın 3-də keçiriləcək. Seçkilərdə Senatın üçdə biri və Nümayəndələr Palatasının bütün üzvləri yenidən seçiləcək. Hazırda Konqresin hər iki palatasına Respublikaçılar Partiyası nəzarət edir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑