İdman · Trend.az

"Fənərbaxça"nın 50 milyon avroluq təklifi rədd edildi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
"Fənərbaxça"nın 50 milyon avroluq təklifi rədd edildi xəbəri üçün şəkil

Bakı. Trend:

"Fənərbaxça" "Benfika"da çıxış edən Vangelis Pavlidisi transfer etmək istəyir.

Bu barədə "Record" nərşi məlumat yayıb.

İstanbul nəhəngi yunanıstanlı hücumçu üçün onun klubuna 50 milyon avroluq təklif göndərib. "Fənərbaxça" Pavlidisin özünə isə illik 8 milyon avro maaş təklif edib.

Türklərin bu təklifi rədd edilib. Portuqaliya klubu mövsümün ortasında əsas oyunçularından birini itirmək istəmir.

Qeyd edək ki, Vangelis Pavlidis cari mövsümdə "Benfika"nın heyətində meydana çıxdığı 13 rəsmi matçda 14 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.27 yaşlı forvardın Lissabon təmsilçisi ilə müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑