Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı çərçivəsində Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatların təqdimetmə mərasimi təşkil olunub.
Apasport.az xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən mərasimdə sertifikatları Beynəlxalq Cüdo Federasiyasının Təhsil və Məşqçilik üzrə direktoru Mohamed Meridja təqdim edib.
Elçin İsmayılov və Fərhad Məmmədov 7-ci dan dərəcəsinə layiq görülüblər.
Elxan Məmmədov, İrina Kindzerska, Orxan Səfərov, Nicat Şıxəlizadə, Rüfət İsmayılov və Mübariz Cəfərov isə 6-cı dan dərəcəsi ilə təltif olunublar.
Qeyd edək ki, dan dərəcələri cüdoda yüksək ustalıq, bilik və təcrübə səviyyəsini ifadə edir.



