İdman · İdman.biz

İspaniya çempionatında oyun azarkeşlərin kütləvi etirazı səbəbindən yarımçıq dayandırılıb - VİDEO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İspaniya çempionatında oyun azarkeşlərin kütləvi etirazı səbəbindən yarımçıq dayandırılıb - VİDEO xəbəri üçün şəkil

İspaniya La Liqasının səkkizinci turunda “Rayo Valyekano” ilə Bilbao “Atletik”i arasında keçirilən qarşılaşma meydan sahibi komandanın azarkeşlərinin kütləvi etirazı səbəbindən yarımçıq dayandırılıb.

İdman.biz xəbər verir ki, oktyabrın 10-da Madriddəki “Valyekas” stadionunda baş tutan görüşün 13-cü dəqiqəsində, hesab 0:0 olarkən yerli azarkeşlər meydana kütləvi şəkildə kağız təyyarələr, plastik və rezin toplar atmağa başlayıblar.

Bununla onlar klub prezidenti Raul Martin Presanın fəaliyyətinə etiraz edərək onun istefasını tələb ediblər.

Baş hakim Xose Mariya Sançes Martines oyunu dayandıraraq futbolçuları paltardəyişmə otaqlarına göndərib. Uzun fasilədən sonra qarşılaşmanı bərpa etmək cəhdləri nəticəsiz qalıb. Azarkeşlər meydana yenidən kənar əşyalar atdıqlarından hakim matçın birdəfəlik dayandırılması barədə qərar qəbul edib.

Etirazların əsas səbəblərindən biri klub rəhbərliyinin fəaliyyəti, xüsusilə “Valyekas” stadionunun vəziyyəti ilə bağlı problemlərdir. Bu səbəbdən komanda uzun müddət ev oyunlarını doğma arenasında keçirə bilməyib.

Qarşılaşmanın yeni tarixi hələ açıqlanmayıb. La Liqa baş verən hadisələrlə bağlı mümkün intizam tədbirlərini də nəzərdən keçirir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑