İdman · İdman.biz

Avropa Avarçəkmə Federasiyasının prezidenti Su İdmanı Federasiyasında olub - FOTO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Avropa Avarçəkmə Federasiyasının prezidenti Su İdmanı Federasiyasında olub - FOTO xəbəri üçün şəkil

Avropa Avarçəkmə Federasiyasının (European Rowing) prezidenti Asunsion Loriyente Bakıya səfər edib.

İdman.Biz xəbər verir ki, səfər çərçivəsində qonaq Azərbaycan Su İdmanı Federasiyasının inzibati binasında olub.

Ona federasiyanın fəaliyyəti ilə bağlı məlumat verilib. Son illərdə beynəlxalq yarışlarda qazanılmış uğurlar, Azərbaycanda təşkil edilmiş avarçəkmə və kanoe üzrə “Prezident Kuboku” və “Mingəçevir Reqatası” beynəlxalq turnirləri diqqətə çatdırılıb. Su idmanı ilə əlaqəli inkişaf etdirilən növlər qeyd olunub.

Daha sonra Asunsion Loriyenteyə Azərbaycan Su İdmanı Federasiyası adından xatirə hədiyyəsi təqdim edilib.
Səfər zamanı Avropa Avarçəkmə Federasiyasının rəhbəri Bakı Avarçəkmə və Kanoe İdmanı Klubunun məşq bazasına baxış keçirib. İdmançıların açıq havada və trenajor alətlərində məşq prosesi ilə tanış olub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑