İdman · İdman.biz

“LANDAU Lions”un baş məşqçisi NTD ilə oyunun məqsədini açıqladı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“LANDAU Lions”un baş məşqçisi NTD ilə oyunun məqsədini açıqladı xəbəri üçün şəkil

“Bu oyuna biz məşq xarakterli yanaşırdıq. Əvvəlcədən də bəlli olduğu kimi, NTD gənc basketbolçulardan ibarət kollektivdir. Ceyms Fryezer və Edvart Polayta istirahət vermək istədik və onlar da dincəldilər”.

İdman.Biz xəbər verir ki, bu sözləri Azərbaycan Basketbol Liqasının ikinci turunda NTD üzərində qazanılan 102:68 hesablı qələbədən sonra “LANDAU Lions” klubunun baş məşqçisi Erhan Toker deyib.

Mütəxəssis qarşılaşmadakı taktiki planları, komandadakı nöqsanları və FIBA Avropa Kubokunda Çexiya təmsilçisi “Priviedze” ilə keçiriləcək səfər oyunu öncəsi hazırlıq prosesini diqqətə çatdırıb:

“Müdafiə ilə bağlı problemlərimiz var. Bu gün gənc komandaya qarşı oynasaq da, bizim də müəyyən qayğılarımız var idi və bunların üzərində işləməliydik. Əslində, daha çox dəqiqə fərdi mübarizəyə əsaslanan basketbol oynamaq istədik. Lakin faulların sayı artdıqca mövqe müdafiəsinə də keçid etdik. Rəqib də çox yaxşı mübarizə apardı. Məncə, pis oyun olmadı.

Əslində, hamı sağlam olsaydı, təbii ki, FIBA Avropa Kubokundakı matç öncəsi daha güclü komandaya qarşı oynamaq daha səmərəli olardı. İndiki vəziyyətdə isə bu səviyyədə rəqiblə qarşılaşmaq bizim üçün daha yaxşı oldu”.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑