Dünya · Trend.az

Ermənistanla sərhədi keçən azərbaycanlı hərbçi ifadə verib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ermənistanla sərhədi keçən azərbaycanlı hərbçi ifadə verib xəbəri üçün şəkil

Bakı. Trend:

Ermənistanla sərhədi keçən Azərbaycan Ordusunun hərbi qulluqçusu Nəsimi Musayev yerli hüquq-mühafizə orqanlarına ifadə verib.

Bu barədə Ermənistanın “Joğovurd” qəzeti məlumat yayıb.

Nəsimi Musayev ifadəsində kənddə daxil olduğu evdə heç kimə zərər vermək istəmədiyini, lakin ev sahibi Ani Avetisyanın onu buraxmaq istəmədiyini deyib.

O, ev sahibəsinin əlindən silahını almağa cəhd göstərdiyini və özünü müdafiə etməyə məcbur olduğunu bildirib.

Bundan əlavə, Musayev yazılı izahatında ev sahiblərinin ona hücum etdiyini, bıçaqla xəsarətlər yetirdiyini və döydüklərini qeyd edib.

Qeyd edək ki, Baş Prokurorluğunun Mətbuat xidməti oktyabrın 1-də Respublikasının Laçın rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət keçən Musayev Nəsimi Rasim oğlunun itkin düşməsi barədə məlumatlar yaymışdı. Sonradan onun Ermənistan ərazisində olması müəyyənləşmişdi.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑