Dünya · Bizim.Media

Çingiz Aytmatovun sabiq kürəkəni xaricdə saxlanıldı – FOTO-VİDEO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Çingiz Aytmatovun sabiq kürəkəni xaricdə saxlanıldı – FOTO-VİDEO xəbəri üçün şəkil

Qırğızıstan prezidenti Sadır Japarovun və onun ətrafının kəskin tənqidçisi olan iş adamı Sırqak Kenjebayev xaricdə saxlanılaraq ölkəyə gətirilib.

Bizim.Media “kz.kursiv.media” nəşrinə istinadən xəbər verir ki, məşhur yazıçı Çingiz Aytmatovun qızı Şirin Aytmatovanın sabiq həyat yoldaşı olan 44 yaşlı Sırqak Kenjebayev Bişkek Şəhər Daxili İşlər Baş İdarəsinin müvəqqəti saxlanma təcridxanasına yerləşdirilib.

Daxili İşlər Nazirliyi onun hansı ölkədə saxlanıldığını açıqlamayıb.

İstintaqın versiyasına görə, xaricdə olan Kenjebayev internetdə kütləvi iğtişaşlara, mitinqlərə və hakimiyyəti ələ keçirməyə çağırış edən materiallar paylaşıb. Ona qarşı "Kütləvi iğtişaşlar" maddəsi ilə cinayət işi qaldırılıb. Həmçinin o, bir iş adamının 150 min dollarını dələduzluq yolu ilə mənimsəməkdə ittiham olunur.

Kenjebayev son aylarda prezident Japarovun qohumlarının gömrük və logistika kimi strateji sahələrə nəzarət etdiyini, ölkədə "kölgə ofisi"nin olduğunu iddia edirdi.

Qeyd edək ki, bu, Kenjebayevin ilk həbsi deyil; o, 2019-cu ildə də həyat yoldaşı Şirin Aytmatovanın korrupsiyaya qarşı fəaliyyəti fonunda Almatı hava limanında saxlanılmışdı.

 









Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑