Dünya · Trend.az

Ermənistan parlamentində deputatlar əlbəyaxa olub - VİDEO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ermənistan parlamentində deputatlar əlbəyaxa olub - VİDEO xəbəri üçün şəkil

Bakı.Trend:

Oktyabrın 29-da Ermənistan parlamentinin iclası zamanı deputatlar arasında kütləvi dava baş verib.

"News.Am" portalının məlumatına görə, hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Taron Çaxoyanın çıxışı zamanı hakim blokun deputatları ilə müxalifətdən olan “Güclü Ermənistan” partiyasının nümayəndələri arasında əvvəlcə qarşıdurma yaranıb.

Ardınca mübahisə dərinləşib və birbaşa olaraq Taron Çaxoyanla “Güclü Ermənistan” partiyasının deputatı Qarnik Davtyan arasında dava düşüb. Daha sonra insidentə onlarla deputat qoşulub.

Deputatlar bir birinə yumruq və su butulkaları atıblar.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑