Luis Enrike PSJ-nin baş məşqçisi kimi qazandığı qələbələrin
sayına görə yeni rekorda imza atıb.
Bu gün qapıçı Matvey Safonovun çıxış etdiyi Paris təmsilçisi
Fransa Liqa 1-in 9-cu turunda “Havr”ı 5:1 hesabı ilə darmadağın
edib. Bununla da ispaniyalı mütəxəssisin PSJ-nin baş məşqçisi kimi
bütün turnirlərdə qazandığı qələbələrin sayı 127-yə çatıb.
Enrike 126 qələbə ilə əvvəlki rekordun sahibi olan Loran Blanın
göstəricisini geridə qoyub.
BİRLİKDƏ PAYLAŞAQ
Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.
Türkiyə Superliqasının 10-cu turu çərçivəsində "Konyaspor" və "Qalatasaray" komandaları üz-üzə gəliblər.
Modern.az xəbər verir ki, Konya şəhərindəki "Medaş Konya Böyükşəhər" stadionunda təşkil olunan qarşılaşma qonaqların 0:4 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunun 12-ci dəqiqəsində Viktor Osimhen hesabı açıb. 28-ci dəqiqədə Yunus Akgün hesabda fərqi artırıb. 49-cu dəqiqədə isə Aleksey Batrakov fərqlənərək komandasının üçüncü qolunu vurub. Altı dəqiqə sonra Rafael Leao penaltidən yekun hesab