İdman · Publika.az

Artetadan ona sərt xəbərdarlıq: Bura Disneyland deyil

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Artetadan ona sərt xəbərdarlıq: Bura Disneyland deyil xəbəri üçün şəkil

“Arsenal”ın baş məşqçisi Mikel Arteta hücumameyilli yarımmüdafiəçi Maks Doumanı tənqid edib.

Publika.az xəbər verir ki, 16 yaşlı futbolçu bu həftə “Flitvud Taun”la oyunda zorakı davranışa görə qırmızı vərəqə alıb.

Arteta mətbuat konfransında bildirib: “Burası Disneyland deyil. Biz bunu artıq müzakirə etmişik, çünki bu, onun başına gələn ilk hadisə deyil. Biz hər şeyi öz adı ilə çağırmalıyıq.

Doumanı qorumalıyıq, eyni zamanda onunla tamamilə açıq olmalıyıq”.

“Arsenal” “Flitvud”a penaltilər seriyasında uduzaraq kubokda mübarizəni dayandırıb. Oyundan sonra “topçular” Doumanın meydandan qovulmasına qarşı apelyasiya şikayəti verdilər, lakin rədd edildi.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑