İdman · İdman.biz

Luis Enrike PSJ-dəki tarixi rekordundan danışdı: “Bəxtim gətirib”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Luis Enrike PSJ-dəki tarixi rekordundan danışdı: “Bəxtim gətirib” xəbəri üçün şəkil

PSJ-nin baş məşqçisi Luis Enrike Liqa 1-in doqquzuncu turunda “Havr” üzərində qazanılan 5:1 hesablı qələbədən sonra klub tarixində müəyyənləşdirdiyi rekorda münasibət bildirib.

İdman.Biz xəbər verir ki, bu qələbə ispaniyalı mütəxəssisin Paris klubunun başında 127-ci uğuru olub. O, 126 qələbəsi olan əvvəlki rekordçu Loran Blanı geridə qoyub.

Enrike nailiyyətini təvazökarlıqla qiymətləndirərək komandanın uğurlarında futbolçuların rolunu önə çəkib:

“Bu, mənim bəxtimin gətirdiyini göstərir. Belə klubda, belə futbolçularla işləmək böyük şansdır. Bu, əsl zövqdür. Biz hər şeyə birgə səylərimizlə nail oluruq”.

Xatırladaq ki, Luis Enrike 2023-cü ilin yayından PSJ-yə rəhbərlik edir.

Paris təmsilçisi növbəti oyununu noyabrın 3-də Çempionlar Liqasının liqa mərhələsinin dördüncü turunda səfərdə “Vilyarreal”a qarşı keçirəcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑