Bakı. Trend:
ABŞ Konqresinin Nümayəndələr Palatasına Kentukki və İndiana ştatlarında keçirilən seçkilərdə Demokratlar Partiyasının namizədləri liderlik edirlər.
Bu cür qiymətləndirməni "CNN" telekanalı təqdim edib.
Qeyd edilib ki, bunu həmin ştatların əsas seçki dairələrində səsvermənin ilkin nəticələri də təsdiqləyir.
Associated Press agentliyinin hesablamalarına görə, demokratlar artıq Nümayəndələr Palatasında dörd, respublikaçılar isə iki yerə sahib olmağı təmin ediblər. ABŞ Konqresinin aşağı palatasında nəzarəti ələ keçirmək üçün hər hansı partiya ən azı 218 mandat qazanmalıdır. Hazırda Nümayəndələr Palatasına respublikaçılar nəzarət edirlər.






