Dünya · Trend.az

Brent markalı neftin qiyməti 105 dollardan aşağı düşüb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Brent markalı neftin qiyməti 105 dollardan aşağı düşüb xəbəri üçün şəkil

Bakı. Trend:

Londonun ICE birjasında Brent markalı neftin 2027-ci ilin yanvar ayı üçün fyuçerslərinin qiyməti oktyabrın 16-dan bəri ilk dəfə bir barel üçün 105 dollardan aşağı enib.

Bakı vaxtı ilə saat 20:37-yə olan məlumata görə, Brent markalı neftin qiyməti 7,51 faiz ucuzlaşaraq bir barel üçün 104,91 dollar təşkil edib.

Saat 20:42-yə olan məlumata görə isə qiymət enişini davam etdirərək 7,75 faiz azalıb və bir barel üçün 104,64 dollara düşüb.

Eyni zamanda, dekabr ayı üçün WTI markalı xam neftin fyuçerslərinin qiyməti 7,25 faiz ucuzlaşaraq bir barel üçün 96,57 dollar təşkil edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑