Bakı. Trend:
Berlində solçu radikal qruplaşmaların nümayəndələrinin iştirakı ilə keçirilən yürüş başa çatıb, iştirakçılar ərazini tərk edirlər.
Bu barədə TASS məlumat verib.
Polis baş verənlərə nəzarət edir, etirazçıların ərazidə qalan ayrı-ayrı qruplarını izləyir. Prenzlauer Alleydə hələ də gücləndirilmiş polis qüvvələri növbə çəkir.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, solçu və Fələstinə dəstək verən fəalların yürüşündə ümumilikdə təxminən 3 min nəfər iştirak edib.
Bundan əvvəl nümayiş iğtişaşlara çevrilib – polis əməkdaşlarına pirotexniki vasitələr və butulkalar atılıb.
Bir neçə nəfər saxlanılıb, bəzi şəxslərə tibbi yardım göstərilməsi lazım gəlib. Hələlik dəqiq rəqəmlər açıqlanmır.



