Dünya · Lent.az

Almaniyada etirazçılar silah mağazasını qarət ediblər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Almaniyada etirazçılar silah mağazasını qarət ediblər xəbəri üçün şəkil

Almaniyanın Frankfurt-Mayn şəhərində keçirilən etiraz aksiyaları zamanı nümayişçilərlə polis arasında toqquşmalar baş verib, mağazaların vitrinləri sındırılıb.

Lent.az “Bild” nəşrinə istinadən xəbər verir ki, şəhərin ticarət küçələrindən birində yerləşən silah mağazası qarət edilib.

Bildirilib ki, şənbə günü Almaniyanın Berlin, Hamburq, Münhen, Ştutqart və digər şəhərləri də daxil olmaqla, 30-dan çox şəhərində gənclərin kütləvi etiraz aksiyaları keçirilib.

Nümayişçilər mümkün məcburi hərbi xidmətin bərpasına qarşı çıxıb, təhsil, səhiyyə və iqlimin qorunmasına daha çox vəsait ayrılmasını tələb ediblər.

Etirazçılar, həmçinin yaşayış xərclərinin artmasına qarşı daha təsirli tədbirlərin görülməsinə çağırıblar.

Aksiya iştirakçıları Fransada keçirilən etiraz nümayişlərinə də həmrəylik ifadə ediblər.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑