Dünya · Globalinfo.az

Nigeriyada Ebola təhlükəsi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Nigeriyada Ebola təhlükəsi xəbəri üçün şəkil

Nigeriyada iki nəfərin Ebola virusuna yoluxmasından şübhələnilir.

Globalinfo.az xəbər verir ki, bu barədə Nigeriyanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb.

Bildirilib ki, hər iki şəxs təcrid edilib. Hazırda mütəxəssislər onların təmasda olduğu şəxsləri müəyyənləşdirir və tibbi vəziyyətləri ilə bağlı məlumatları araşdırırlar.

Qeyd olunub ki, hələlik yoluxma halları laborator müayinələrlə təsdiqlənməyib. Yekun nəticə analizlərin cavabları əldə edildikdən sonra açıqlanacaq.

Hadisə ilə əlaqədar əhaliyə sanitariya-gigiyena qaydalarına daha ciddi əməl etmək və səhiyyə qurumlarının tövsiyələrini nəzərə almaq çağırışı edilib.

Əliyar Xəlil,

Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑