Dünya · Trend.az

Böyük Britaniya qida keyfiyyəti standartlarını Aİ ilə uyğunlaşdıracaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Böyük Britaniya qida keyfiyyəti standartlarını Aİ ilə uyğunlaşdıracaq xəbəri üçün şəkil

Bakı. Trend:

Böyük Britaniya Avropa İttifaqı ilə münasibətlərin yaxınlaşdırılması çərçivəsində qida və içki məhsullarına dair keyfiyyət standartlarını Aİ normalarına uyğunlaşdıracaq.

Bu barədə Böyük Britaniyanın Baş naziri Endi Börnhem “Sky News” telekanalına müsahibəsində bildirib.

Baş nazirin sözlərinə görə, yeni razılaşma ölkənin iqtisadi artımını əlavə 0,4 faiz artırmağa və Britaniya biznesi üçün bürokratik maneələri azaltmağa imkan verə bilər.

Razılaşmanın noyabrın 20-də Brüsseldə keçiriləcək Aİ-Böyük Britaniya sammitində imzalanması gözlənilir. Sənədin qida və içki məhsullarının ticarəti zamanı sanitariya və fitosanitar yoxlamalarının aradan qaldırılmasını nəzərdə tutduğu bildirilir.

Qeyd edək ki, Böyük Britaniya 2020-ci il fevralın 1-də Avropa İttifaqından rəsmən çıxıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑